Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında Həzi Aslanovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

12.02.2020

11 fevral 2020-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Həzi Aslanov – 110” adlı tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Seyfəddin Feyzullayev bildirib ki, 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 ili tamam olur. Bəşəriyyətin  yaddaşına dağıdıcı müharibə kimi daxil olmuş İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə  aparılan mübarizədə Azərbaycan xalqının da böyük xidmətləri olmuşdur. 1941-1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuşdur. Sonra O, çıxışına davam edərək Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirib. 

       Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva böyük sərkərdənin II Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışaraq onun keçdiyi ömür yolunun gənc nəslə örnək olduğunu bildirərək qeyd edib ki, ölümündən 47 il sonra 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmış, doğulduğu Lənkəran şəhərində ev-muzeyi yaradılmışdır.

         Sonda Həzi Aslanovun döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” adlı bədii film nümayiş olunub.

 

1.9 MB

 

670.1 KB

 

604.3 KB