Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin əməkdaşları tərəfindən evlərdə səyyar kitabxana xidməti təşkil edilir.

14.02.2020

Zərdab rayon MKS-nin 13 saylı Gəlmə kənd kitabxanasının əməkdaşları evlərdə səyyar kitabxana xidməti layihəsi üzrə kənd sakinləri Mustafayevlərin evində vaxtaşırı olaraq, kitabxanaya gələ bilməyən 78 yaşlı təqaüdçü, hacı Xədicə nənəyə kitabxana xidməti  təşkil edirlər.

13 fevral 2020-ci il tarixındə kitabxananın əməkdaşı Gülay Həsənova hacı Xədicə nənə  ilə görüşmüşdür. Gülay hacı Xədicə nənənin sifarişi ilə İslam dininə aid bir neçə nüsxə ədəbiyyat - “Namazın Hikmət və Sirləri”,  “Peyğəmbərlərin Həyatı” ,”İmam Hüseyn (ə) Barəsində Hədislər” - gətirmişdir.

Göstərilən xidmət ailə üzvləri tərəfindən razılıqla qarşılanıb. Hacı Xədicə nənə və ailə üzvləri kitabxana əməkdaına  təşəkkürlərini bildiriblər.

 

1.2 MB

 

1.5 MB