Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayonunda fəaliyyət göstərən klub müəssisələrində Xocalı faciəsinin ildönümünə həsr edilmiş silsilə tədbir təşkil edilib.

27.02.2020

25 fevral 2020 - ci il tarixdə Ucar rayon Rayon Mədəniyyət Mərkəzində 26 fevral Xocalı Soyqırımının 28- ci ildönümünə həsr edilmiş “Gözü yaşlı Xocalı” adlı ədəbi- bədii kompozisiya  keçirilib.

      Tədbirdə ilk öncə Rayon Mədəniyyət Mərkəzinin direktoru Ruslan Rəsulov Xocalı qətliamından danışaraq 28 il əvvələ qayıtdı, həmin o müdhiş gecəni, tökülmüş qanları, dinc əhaliyə tutumuş divanları xatırladaraq, heç nəyin unudulmadığını, heç nəyin yaddan çıxmadığını bir daha vurğuladı. Sonra “Gözü yaşlı Xocalı” adlı ədəbi-bədii kompozisiya tamaşaçılara nümayiş etdirildi.

       Bununla yanaşı 26 fevaral tarixində rayonun kənd mədəniyyət evləri və klublarında  - Rəstəcə kənd Mədəniyyət evində “Gözü yaşlı Xocalı”, Təzə Şilyan kənd Folklor evində “Xocalı harayı”, Boyat kənd Diyarşünaslıq evində “Tarixin qan yaddaşı Xocalı”, Lək kənd Mədəniyyət evində “Viran qalmış yurd”, Yuxarı Şilyan kənd Folklor evində “Xocalı soyqırımı”, Bərgüşad kənd Mədəniyyət evində “Viran olmuş yurdun harayı” , Qaradağlı kənd Folklor evində “Xocalı qətliamı” adlı ədəbi- bədii kompozisiyalar,  Alpout, Xələc, Qarabörk kənd Mədəniyyət evlərində, Pirkənd, Bərgüşad, Şahlıq, Çiyni kənd klublarında dəyirmi masalar keçirilmişdir. 

 

55.2 KB

 

75.4 KB

 

64.7 KB