Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəsul Rzanın ev muzeyində Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

27.02.2020

Fevralın 25-də Rəsul Rza ev muzeyində Xocalı faciəsinin 28 ildönümü ilə əlaqədar “Xocalı harayı” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhər 6 saylı məktəbin 4,5,6-cı sinif şagirdləri və bir qrup müəllimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin bələdçisi bildirib ki, XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi, bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayət olunurdu.  XX əsrin Xocalı faciəsindən əvvəl dünyada iki yaşayış məntəqəsi eyni aqibətə uğramış, eyni üsulla Yer üzündən silinmiş, sakinləri məhv edilmişdir. Bunlardan biri Belarusiyanın Xatun kəndidir, digəri isə Vyetnam müharibəsi zamanı Sonqmi kəndidir. Daha sonra muzeyin baş fond mühafizi Həmid Hüseynov mövzuyla bağlı məruzəylə çıxış edərək bildirmişdir ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Natiq onu da qeyd etmişdir ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Daha sonra 6 saylı məktəbin uşaq birliyi rəhbəri Təravət Qarayeva Xocalı soyqırımına münasibətini bildirmiş, şagirdlər Xocalıya həsr olunmuş şeirlər söyləmiş, “Xocalı harayı” foto və kitab sərgisi ilə tanış olmuşlar.

 

1.8 MB

 

1.7 MB

 

1.9 MB