Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göyçay rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun təhsil müəssisələrində məruzələrlə çıxışlar ediblər.

27.02.2020

24.02.2020-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Samirə Vəliyeva Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin ET-14a qrupunda "Xocalı Soyqırımı bəşəriyyətə qarşı cinayətdir" mövzusunda, 25.02.2020-ci il tarixində 5 saylı tam orta məktəbin 8a sinfində "Xocalı Soyqırımını unutma" mövzusunda, 27.02.2020-ci il tarixində isə Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ülkər Məlikzadə 3 saylı tam orta məktəbin 3c sinfində "Dahi şəxsiyyət, görkəmli dövlət xadimi. Heydər Əliyev" mövzusunda  məruzə ilə çıxışlar ediblər. Həmçinin 26.02.2020-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuş 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri və 4 saylı tam orta məktəbin 7-ci sinif şagirdlərinə mərkəzin bələdçisi Aytən Zeynalova Xocalı soyqırımı ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına qiymət verilməsi” adlı məruzə ilə çıxış edib.

 

71.7 KB

 

52.4 KB

 

77 KB