Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Həsən bəy Zərdabi muzeyində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilib.

27.02.2020

25 fevral 2020-ci il tarixdə Zərdab rayon Həsən bəy Zərdabi muzeyində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar  “Xocalı harayı” adlı tədbir keçirilib.Tədbiri muzeyin direktoru Vəfa xanım Bayramova açaraq ilk öncə Xocalı faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. O qeyd edib ki, bu gün Xocalı soyqırımının 28-ci ildönümüdür. Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir.Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir.Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır.Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin,cəsarətinin nümayişidir.

Tədbirdə  muzeyin fond mühafizi Leyla Əliyeva ,elmi işçisi Tavad Qurbanova, şair Mübariz Səfiyaroğlu,Mədəniyyət Mərkəzinin əməkdaşı Əlniyyət Əliyev və başqaları çıxış edərək qeyd ediblər ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Sonda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsi XX əsrin faciəsidir ” adlı sərgi ilə tanış olublar.

 

1.1 MB

 

825.5 KB

 

761.7 KB