Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları aztəminatlı ailələri ziyarət ediblər.

24.04.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon MKS-nin, Ləki qəsəbə uşaq musiqi məktəbinin, Ağdaş rayon Ərəb kənd klubunun, Göyçay rayon MKS-nin, Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyinin, Göyçay rayon Heydər Əliyev Mərkəzinin, Ucar rayon Heydər Əliyev Mərkəzinin və Zərdab rayon MKS-nin əməkdaşkarı əvvəllər Mədəniyyət sahəsində çalışmış, yaşı 65 və daha yuxarı olan təqaüdçüləri, eyni zamanda tənha yaşayan, fiziki qüsurlu, əlilliyi olan insanları, sosial dəstəyə ehtiyacı olan və aztəminatlı ailələri ziyarət ediblər.

Görüş zamanı onlara sosial məsələlərdə xüsusi köməklik göstərilmiş, zəruri tibbi ləvazimatlar və ərzaq məhsulları ilə müvafiq yardımlar edilmişdir.

 

242.4 KB

 

123.3 KB

 

140.1 KB