Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon MKS-nin tabeliyində fəaliyyət göstərən kitabxanalarda Səyyar kitabxana xidməti davam edir.

03.06.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filiallarının təşkilatçılığı ilə rayon sakinlərinə mütəmadi olaraq Səyyar kitabxana xidməti göstərilir.

Bu məqsədlə Qoruqbağı və Gəndəbil kənd kitabxana filiallarının əməkdaşları evlərdə kitabxana xidməti göstərmiş, eyni zamanda kitablar və müəlliflər haqqında sakinlərə ətraflı məlumatlar vermişlər.

Eyni zamanda Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə evdə uşaqlar üçün “Mütaliə saatı” təşkil etmiş, onlara sevimli Gülzar nənənin nağıllarını oxuyublar.

 

221.7 KB

 

229 KB

 

82.9 KB