Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

12.06.2020

Ucar rayon Heydər Əliyev Mərkəzində mərkəz və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının  iştirakı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyevin öz xalqı,öz vətəni qarşısında misilsiz xidmətləri” adı altında dəyirmi masa keçirilib . Sosial məsafə və sanitar qaydalarına tam riayət olunaraq təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Mətanət Qəribova  Qurtuluş gününün  Müstəqil Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını vurğulamış,Dahi şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən bəhs etmişdir. Daha sonra mərkəzin əməkdaşı Çinarə Qəhrəmanova və Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Nəzakət Qasımova Ulu Öndərimiz Heydər Əliyevin 1993-cü il Azərbaycana hakimiyyətə gəldikdən sonra ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, ordu quruculuğunun, iqtisadiyyatın inkişafında əvəzolunmaz xidmətlərindən danışıblar.
Tədbirdə eyni zamanda Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident Ilham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə aparılan böyük əhəmiyyətli layihələrdən, ishahatlardan söz açılmışdır.

 

98 KB

 

92.8 KB

 

101.6 KB