Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında “Dilimiz mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib.

30.07.2020

30 iyul 2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Respublika ərazisində elan olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla  1Avqust- Azərbaycan dili və Azərbaycan əlifbası gününə həsr olunmuş  “Dilimiz mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib.  Tədbiri Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq Azərbaycan dilinin dünya xalqlarının dillləri sırasında ən qədim və ən zəngin dillərdən biri olduğunu, son on illiklərdə isə bu dilin zənginləşməsi və dövlət dili kimi istifadə edilməsində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin böyük səyindən və qayğısından bəhs edib. Tədbirdə Uşaq kitabxanasının oxucuları dilimizə həsr edilmiş şeirləri səsləndiriblər.

 

1.5 MB