Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilmişdir.

11.09.2020

09 sentyabr 2020- ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın Təhsil siyasəti” mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransda Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və əməkdaşlar iştirak etmişdirlər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək videokonfrans iştirakçılarını salamlamış və əməkdaşlıqdan məmnun olduqlarını bildirmişdir. Ceyhunə Hüseynova  bildirmişdir ki,  Azərbaycan xalqının ümummilli lideri görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutmuş, onun milli təhsilin inkişafına göstərdiyi diqqət, qayğı özünəməxsusluğu ilə seçilmişdir, Azərbaycan təhsili Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969- cu ildən başlanan tarixi mərhələdən başlanır və təhsilimizin intibah illəri məhz Heydər Əliyevin hakimiyyətinin bu mərhələsinə təsadüf edir. Heydər Əliyev Azərbaycan təhsilinə həmişə xüsusi həssaslıqla yanaşmışdır. O hər zaman deyirdi ki, “ Təhsil nə sənayedir , nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən bir sahədir. Ona görə də təhsilə çox diqqətlə yanaşmaq lazımdır”. Tarixi reallıqdır ki, məhz Heydər Əliyevin Mərkəzi Komitənin  katibi olduğu dövrlərdə Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi, tərəqqisi maddi texniki cəhətdən möhkəmlənməsi , inkişafı dünya standartlarına yaxınlaşması , yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin yeni tədris vasitələri ilə təchizi , pulsuz tədris ləvazimatları ilə təmin edilməsi Heydər Əliyevin təhsilə göstərdiyi diqqətin, qayğının sayəsində olmuşdur.

Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış etmiş və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm təhsil problemlərinə kompleks şəkildə yanaşmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş , mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. 2002-ci il oktyabrın 4-də Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamış , Azərbaycan Respublikası yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin edilməsinə dair (2003-2007) Dövlət Proqramının təsdiq edilməsi”  haqqında 17 fevral 2003- cü il tarixli sərəncamı ilə, yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət  sənədi olmuşdur.

Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Göyçay Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Könül Bayramova çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin, elminin inkişaf etdirilməsində, maddi texniki bazasının yaxşılaşdırılması sahəsində əvəzsiz xidmətlərindən bəhs etmiş və bildirmişdirlər ki, Ulu Öndərin əsasını qoyduğu təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vitse-prezident, Azərbaycan Respublikasının I xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

 

44.5 KB

 

38.2 KB

 

36.7 KB