Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə onlayn tədbirlər davam etdirilir.

11.09.2020

Hələ sağlığında canlı əfsanəyə çevrilən,öz xalqının tarixi taleyində müstəsna rol oynayan Heydər Əliyevin irsi onun idarəçilik məktəbi bu gündə öyrənilir,zəngin təcrübəsindən hamı bəhrələnir.Bu işdə Heydər Əliyev Mərkəzlərinin mühüm rolu var.

Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur,tədqiq və təbliğ edilir.Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

9 sentyabr 2020 -ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin "Bir eksponatın tarixçəsi" mövzusunda ZOOM praqramı vasitəsilə keçirilən onlayn tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində qədim  Şamaxıya tarixi səfərlərindən ətraflı söhbət açmışdır.Həmin səfərləri əks etdirən nadir fotoşəkillərin nümayişi onlayn tədbiri daha da zənginləşdirmiş ,onun əhəmiyyətini artırmışdır.

Onlayn tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazovanın Ümumilli lider Heydər Əliyevin Şamaxı rayonuna  tarixi səfərləri haqqında ətraflı məlumat vermiş,ulu öndər Heydər Əliyevin üzumçülük və şərabçılıq sahəsində gördüyü mühüm işlərdən bəhs etmiş,onum təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülüyün sürətlə inkişaf etdiyini vurğulamışdır.

Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin Əməkdaşları keçmiş Lenin adına sovxozda partiya təşkilatının sədri olmuş,vaxtilə Heydər Əliyevdən 5 dəfə görüşmüş Rəfiqə Səmədovadan görüşdən məlumat vermiş,görüş zamanı Rəfiqə xanımın Heydər Əliyevlə  bağlı xatirələrindən danışmış, Rəfiqə xanımın Mərkəzin fonduna dəyərli eksponatlar təqdim etdiyini onlayn tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Zərdab və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyasında nümayiş olunan foto-eksponatlar haqqında ətraflı məlumat verilərək,Ümummilli liderimizin həyat və fəaliyyət fəlsəfəsinin,elmi-nəzəri irsinin,Azərbaycançılıq ideologiyasının öyrənilməsi,təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirilməsi baxımında ekspozisiyada nümayiş olunan eksponatların nümayişi və təbliği bu gündə uğurla davam etdirildiyi xüsusi olaraq qeyd edildi.

Onlayn tədbirdə Zərdab və Şamaxı Heydər Əliyev Mərkəzlərinin əməkdaşları,eləcə də Samux, Qazax, Salyan, Oğuz, Qəbələ, Neftçala Heydər Əliyev Mərkəzlərinin  direktorları iştirak etdilər.

 

130.9 KB

 

120.4 KB

 

111.7 KB