Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Zəfər bizimdir” mövzusunda videokonfrans keçirilib.

07.12.2020

5 dekabr–ci il tarixində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində qazanılmış Böyük Qələbə münasibətilə videokonfrans keçirilib. Konfransı Ağsaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bütün Azərbaycan xalqını və kitabxana işçilərini təbrik edərək qeyd edib ki, 30 il davam edən Qarabağ münaqişəsi 44 gün ərzində Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi və Müzəffər Ordumuzun rəşadəti nəticəsində böyük zəfərlə başa çatdı. Tariximizə yeni səhifə yazıldı. Bu tarixi qələbənin qazanılmasında bizim kitabxana işçilərinin də övladları və ya qohumları iştirak etmişdir. Bildiyimiz kimi ikinci Qarabağ müharibəsində 2783 Şəhidimiz olmuşdur. Allah Şəhidlərimizə rəhmət eləsin. Təbii ki, yaralılarımız da var və onlara Allahdan şəfa diləyirik. Bu gözəl günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza və Azərbaycan Ordusunun bütün heyətinə böyük təşəkkürümüzü bildiririk.

 

1 MB

 

3.3 MB