Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Güclü Lider-Ulu Öndər Heydər Əliyev və zirvədən dünyaya səslənən qalib Azərbaycan” mövzusunda videokonfrans keçirilib.

10.12.2020

Dekabrın 8–də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 12 dekabr Dahi Şəxsiyyət Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı və Vətən müharibəsində qazanılmış qələbə münasibətilə “Güclü Lider-Ulu Öndər Heydər Əliyev və zirvədən dünyaya səslənən qalib Azərbaycan” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan Respublikası Milli Məclisinın deputatı,  Yeni Azərbaycan Partiyası Ağdaş rayon Təşkilatının sədri Cavid Osmanov və Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin direktor və əməkdaşları, Kürdəmir, Qazax və Cəlilabad Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər.

          Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq möhtəşəm qələbə münasibətilə videokonfrans iştirakçılarına təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə tariximizə qızıl hərflərlə yazılacaq.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi. Bu eyni zamanda ulu öndər Heydər Əliyevin arzularının həyata keçməsi mənasını daşıyır. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan çox böyük uğurlara imza atdı. Bu gün Ulu Öndərin, Şəhidlərimizin, bu dünyadan Qarabağ nisgili ilə köçənlərin ruhu şaddır.
           Milli Məclisin deputatı Cavid Osmanov öz çıxışında Sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın mübarizə əzminin göstəricisi olduğunu qeyd etdi. Ali Baş Komandan İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Dövlət başçısının prinsipiallıq və qətiyyəti sayəsində bölgədə durum dəyişib. Böyük diplomatik məharət, dəqiq, məqsədyönlü, ardıcıl siyasət nəticəsində tarixi qələbəmiz təmin edilib.44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər yaranmış yeni situasiyadan istifadə etmək imkanı qazanıb: “Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş və qətiyyətli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Məhz bu güc nəticəsində ölkənin potensialının bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi mümkün olub”.

              Daha sonra natiq  Azərbaycanda əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır. Dövlətimizin başçısı cənab İlham Əlievin rəhbərliyi ilə qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoş sabahlara doğru aparır. Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirərək qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Cavid Osmanov onu da vurğuladı ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.

 

46.3 KB

 

28.3 KB

 

51.1 KB