Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaşlı rəssam Məlahət İsmayıl Şəhidlərimizin portretlərini hazırlayır.

21.12.2020

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl 15 dekabr 2020-ci il tarixində  “Mədəniyyət” kanalına müsahibə verib. Məlahət xanım bildirib ki, Vətən Müharibəsi başlayandan və Ağdaşa ilk  Şəhid  gələndən sonra Şəhidlərin  portertlərini çəkmək qərarına gəlib. Bu günə kimi Ağdaş rayonunun 29 Şəhidindən 16-nın ümumilikdə isə 30 Şəhidimizin portretlərini hazırlayıb. O, bundan sonra da digər Şəhidlərimizin  portretlərini  hazırlayaraq ailələrinə hədiyyə edəcəyini qeyd edib. Vətən uğrunda qanından, canından  keçən Şəhidlərin  gözlərinə  baxaraq onların  portertlərini  işləmək  Məlahət xanım  üçün çətin olsa da, canlarını bizlər üçün ortaya qoyan o igid, qəhrəman oğulların ailələrinə  təskinlik vermək üçün bu addımı atıb. Məlahət xanım onu da bildirib ki, Ağdaş rayonundan sonra digər bölgələrimizdən olan Şəhidlərimizin də portretlərini hazırlayaraq onların ailələrinə bağışlayacaq.

 

1.5 MB