Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbələrimizin, zəfərlərimizin baş memarı-Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev” mövzusunda videokonfrans keçirilib.

24.12.2020

23 dekabr 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbələrimizin, zəfərlərimizin baş memarı-Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev”  mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə  Əliyeva,  Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin direktor və əməkdaşları, eləcə də Astara, Salyan, Siyəzən, Hacıqabul, Neftçala, Kürdəmir Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova videokonfransı açıq elan edərək  Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, Azərbaycanın çiçəklənməsi və davamlı inkişafı üçün var qüvvəsini əsirgəməyən İlham Əliyevin həyat və fəaliyyəti barədə çıxış edib.

Videokonfransda çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva  bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşünülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

"Son 17 il Azərbaycanımızın tarixinə ancaq uğurlar, naliyyətlər, qələbə illəri kimi yazılıb. Xalqımızın arzularını  gerçəkləşdirən Qalib Liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Qalib Liderimiz İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu   özünə qaytardı, tarixi ədaləti bərpa etdi".- deyən  Jalə Əliyeva  bildirdi ki, Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.

Jalə Əliyeva  möhtəşəm zəfərimizin əsas səbabkarı olan Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının  Sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik etdi, ona  gələcək fəaliyyətində yeni-yeni uğurlar, can sağlığı  arzuladı.

Videokonfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyevin, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribovanın, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nişanə Yusifovanın, Zərdab Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədovanın, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədovanın, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramovanın, Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyevanın, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Səmədovanın çıxışları dinlənilib.

Qeyd olunub ki, Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi.  Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.

Natiqlər vurğulayıblar ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün   etibarlı zəmin yaradır. Qazanılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Videokonfrans iştirakçıları  Cənab Prezidentimizin doğum günü təbrik edərək,  Uca və Qadir Allahdan ona millətimiz və dövlətimiz adına uzun, sağlıqlı, xeyirli-bərəkətli ömür arzulayıblar.

 

131.8 KB

 

137.6 KB

 

91.9 KB