Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş Regional Mədəniyyət İdarəsində növbəti videokonfrans keçirilib.

28.12.2020

28 dekabr 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən idarə rəisi Ramiz Quliyev eyni zamanda tabe müəssisələrdə əmək intizamına ciddi riayət olunması barədə çıxış edərək bu məsələnin diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. İclasda həmçinin, digər məsələlər də müzakirə olunmuş, mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirusla (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, yaşı 65 və daha çox olan, xüsusi qayğıya ehtiyacı olan insanların diqqət mərkəzində saxlanılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, uşaq musiqi və incəsənət məktəblərində distant dərslərin,  online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması barədə tapşırıqlar verilmişdir.

Sonda Ramiz Quliyev bütün əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

 

801.4 KB

 

788.3 KB

 

671.6 KB