Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən Müharibəsi Qazisini ziyarət ediblər.

29.12.2020

Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları qəhrəman Qazi qardaşımız Nəbiyev Səhrab Rafiq oğlunun qonağı oldular.Nəbiyev Səhrab Rafiq oğlu 25 may 1996-cı ildə Ucar rayonunda anadan olmuşdur. Sentyabrın 27-də Ali Baş Komandanımız cənab İlham Əliyev döyüş əmri verərkən sevinib ki, onunda haqq davamızda payı olacaqdır. Ali təhsilli olan qəhrəmanımız sentyabrın 27-dən döyüşlərdə olub.Tərtər-Ağdərə istiqamətlərində gedən döyüşlərdə şücaət göstərərək, düşmənlə mübarizə aparıb.Qəlpə yarası alaraq qazi olub. Qeyrətli qazimiz düşmən sənin kimi yenilməz əsgərlərimiz qarşısında düz çökdü.Qeyrətiniz, igidliyiniz, mübarizliyiniz sayəsində qələbə qazandıq. Sizlərlə fəxr edirik! Gələcək nəsillərə ibrət olacaq qəhrəmanlarımız haqqınız böyükdür. Haqqınızı halal edin!

 

64.9 KB

 

82.5 KB

 

78.2 KB