Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasında Beynəlxal Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib.

19.02.2021

19 Fevral 2021-ci il tarixdə Ağdaş rayon MKS-nin oxu zalında pandemiya şəraitinin tələblərinə əməl edilməklə 21 Fevral Beynəlxal Ana Dili Günü münasibətilə “Ana Dilim-öz dilim” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin  Feyzullayev  açaraq bu günün yaranma tarixindən danışıb və  bildirib ki, Azərbaycan Dili Müstəqil Azərbaycan  Respublikasının  Dövlət  dilidir.

Sonra Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva “Müstəqil Azərbaycanda Ana Dili Siyasəti” adlı məruzə ilə çıxış edib vəMKS-nin əməkdaşı Vüsalə Məmmədova Zəlimxan Yaqubun “Dilim” şeirini söyləyib.

Beynəlxalq  Ana  Dilinə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonar Metodika və Biblioqrafiya şöbəsinin müdiri Xuraman Səmədova Azərbaycan dilində mövcud olan dialektlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Metodika və Biblioqrafiya şöbəsinin baş biblioqrafı Könül Musayeva Xəlil Rza Ulutürkün “Mənim Dilim” şeirini, kitabxananın əməkdaşı Soltanova Afaq Bəxtiyar Vahabzadənin “Ana Dili” şeirini  səsləndiriblər.

Tədbirdə  “Ağdaş” qəzetinin baş redaktoru Tofiq İsmioğlu iştirak da edib. Tədbirin sonunda “21 Fevral  Beynəlxalq  Ana Dili günü “ adlı sərgiyə baxış keçirilib.

 

3.8 MB