19.02.2021
Ağdaş rayon Şıxlı kənd kitabxanası Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar videokonfrans keçirmişdir. Tədbir şairin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” mənzum hekayəsinin təhlilinə həsr olunmuşdur. Tədbirdə kitabxananın müdiri Məmmədova Səbinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunmasını qeyd erərək şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Tədbir iştirakçıları – Leyla Məhiyeva və Gülnar Məmmədli “Yeddi gözəl” poeması haqqında öz fikirlərini bildiriblər. Oxuculardan Rzayeva Nəzrin və Rzayeva Füruzə “Xeyir və şər” mənzum hekayəsindən parçalar səsləndiriblər.