Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon MKS-nin Aralbir kənd kitabxanasının təşkilatçılığı ilə onlayn tədbir keçirilib.

22.02.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon MKS-nin 18 saylı  Aralbir kənd kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Abdulla Şaiqin 140 illik yubileyi münasibəti ilə onlayn tədbir keçirilib. Tədbirdə Abdulla Şaiqin nağılları müzakirə olunub.  Aralbir kənd kitabxanasının müdiri Bayramova Nurlanə Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatı incilərinin yaradıcısı olmasından, onun həyat və yaradıcılığından geniş məlumat verib.  Kitabxananın fəal oxucusu  Musazadə Murad Abdulla Şaiqin “Tıq –Tıq xanım” nağılını danışıb, uşaqlar nağıl personajlarına öz münasibətlərini bildiriblər.  Sonra oxucu Gəncimova Nərmin Abdulla Şaiqin “Keçi” şeirini söyləyib. Tədbirin sonunda uşaqlar bir-birinə Abdulla Şaiqin digər yaradıcılıq nümunələrini oxumağı məsləhət görüblər.  

 

72.2 KB

 

78.1 KB