Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Zərdab rayon Heydər Əliyev Mərkəzi

Zərdab rayon Heydər Əliyev Mərkəzinin açılışı 7 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zərdab rayonuna tarixi səfəri günündə olmuşdur.

Zərdab rayon Heydər Əliyev Mərkəzi 3 mərtəbədən   ibarətdir. Mərkəzin ümumu sahəsi 1680m2-dir.

1-ci mərtəbədə Rəsm otağı, İnternet otaqları, Şahmat otağı, Virtual otaq və Xalçaçılıq otaqı yerləşir.

2-ci mərtəbədə Elektron kitabxana, Akt zalı, 150 nəfərlik  iclas zalı  yerləşir.

Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən təbliğ etmək məqsədilə ümummilli  liderin titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən  9 foto-güşə  nümayiş olunur. 7 foto-güşə mərkəzin birinci mərtəbəsində yerləşən ekspozisiya zalında, 2 foto-guşə isə mərkəzin ikinci mərtəbəsində nümayiş olunur. Foto-guşələrdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən fotolar  yerləşdirilmişdir.

Mərkəzdə  gənclərin müxtəlif sənət vərdişlərinə yiyələnməsi üçün rəsm, şahmat, kompyuter, xalçaçılıq,  foto studiya dərnəkləri və  xarici dil kursları yaradılmışdır.

Dərnəklər həftədə iki dəfə təşkil olunur.

Zərdab rayon Heydər Əliyev Mərkəzində 125 eksponat ( 13 ədəd sənədlərin surəti,  9foto-guşə, hər foto-guşədə 9 ədəd şəkil, 31 ədəd digər şəkillər, 54 ədəd disklər, 428 adda 558 kitab və s.) saxlanılır.

Mərkəzdə Azərbaycançılıq məfkurəsinin və Azərbaycanşunaslığın təşkili geniş şəkildə təbliğ olunur.

Vaxtaşırı tariximizi və digər xalqların tarixini təbliğ etmək məqsədilə sərgilər təşkil olunur.

Mərkəz müasir texnalogiyalarla təchiz olunmuşdur.

Ünvan:
Zərdab şəhəri,Heydər Əliyev prospekti
Telefon:

(02029) 6 64 52

E-mail:

konul.rehim@mail.ru

Url:
https://www.facebook.com/Zərdab Rayon Heydər Əliyev Mərkəzi/

 

156.6 KB