Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Həsən bəy Zərdabi Muzeyi

   Zərdab rayon  Həsən bəy Zərdabi muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 11.05.2005-   ci il tarixli  176 №li əmri ilə  təşkil edilmişdir.

Muzey  2005-ci ilin may ayında  istifadəyə verilmiş,   2006-cı ilin yanvar ayından rəsmi fəaliyyətə başlamışdır.

    Həsən bəy Zərdabi muzeyinin fondunda 400  - dən artıq   eksponat toplanmışdır.   Eksponatlar  iki  ekspozisiya otağında  –“Sən xalq üçün işlə,xalq da sənin qədrini bilər, bunun üçün əvvəlcə xalqın etimadını qazanmaq lazımdır”,” El üşün çalışan həmişə yaşayar”,”Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”,” Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm”, “Kitab bəşəriyyətin ən böyük kəşvidir”,” Bu sənmisən ey dahi, o tabut qucağında”, “ Əql və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər”,    “Öz ləyaqətini qoru və başqalarının da ləyaqətinə hörmət et” başlıqlı lövhələrdə nümayiş etdirilir.

   2013- cü ilin iyun ayında  muzeyin ekspozisiyası yenidən qurulmuşdur.

   Muzeydə 9 işçi çalışır.Onlardan 7-si qadındır. İşçilərdən  3 nəfəri  ali təhsill, 4-nəfəri orta ixtisas təhsilli, 2- nəfər  isə orta təhsillidir. 

Ünvan:
Zərdab şəhəri,Ramiz Kərimov küç,34
Telefon:

(02029) 6 49 61

E-mail:

zerdabimuzeyi@mail.ru

Url:
https://www.facebook.com//zerdabimuzeyi/

 

113.4 KB