Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ucar rayon Mədəniyyət Mərkəzi

Ucar Rayon Mədəniyyət Mərkəzinin binası 1973-çü ildə xüsusi layihə əsasında tikilmiş və Mədəniyyət evi kimi fəaliyyətə başlamış,2015-ci ildə Mədəniyyət Mərkəzinə çevrilmişdir.

         Yarandığı gündən bəri Rayon Mədəniyyət evi rayonda keçirilən ümumrayon tədbirlərində aparıcı rol oynamışdır.

         1977-ci ildə Rayon Mədəniyyət evinin “Çənlibel”xor kollektivi ümumrespublika müsabiqəsinin qalibi olmuş və Rusiyanın Saratov şəhərində keçirilənÜmumittifaq mahnı bayramında,1979-cu ildə  rəqs kollektivi Arxangelsk vilayəti əməkçiləri qarşısında çıxış etmişdir.

          1986-cı ildə Mədəniyyət evinin bədii təşviqat briqadası Respublika üzrə qalib olaraq Moskva şəhərində Xalq Təsərrüfatları  Naliyyətləri Sərgisində uğurla çıxış edərəx 1-ci dərəcəli diplomla təltif edilmişdir.

           1987-ci ildə Rayon mədəniyyət evinin “Şoppur”folklor kollektivi Respublika müsabiqəsində qalib olmuş və kollektiv haqqında C,Cabbarlı adına Respublika Kinostudiyasında sənədli film çəkilmişdir.

           Hal-hazırda Mədəniyyət Mərkəzində 2 Xalq kollektivi fəaliyyət göstərir.

 “Şirvan Ocağı” Xalq folklor kollektivinə 19 oktyabr 1990 –cı ildə,  “Bahar”Xalq çalğı alətləri ansamblına isə 03 aprel 1991-ci ildə “Xalq” kollektivi adı verilmişdir.

           Hal-hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 5 Folklor,2 Diyarşünaslıq,9 Mədəniyyət evi,1Folklor klubu və 6 klub fəaliyyət göstərir.

Ünvan:
Ucar şəhəri,Heydər Əliyev pr.57
Telefon:

(02021) 3 21 52

E-mail:

Ucar_mt@mail.ru

Url:
//www.facebook.com/Ucar rayon Mədəniyyət Mərkəzi/

 

2 MB