Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Rəsul Rzanın ev muzeyində Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

03.12.2021

2021-ci il 3 dekabr tarixində Rəsul Rzanın ev muzeyində ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər dünyası haqdan gələn vergidir” başlıqlı musiqili-ədəbi-bədii tədbir təşkil olunub. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, musiqi məktəbinin kollektivi, Şəhid Ailələrinə “Qayğı” cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri, şəhid valideynləri, Gənclər Təşkilatının nümayəndəsi,  şəhər 4 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova bildirib ki, Azərbaycan aşıq sənəti, milli aşıq tarixində şərəfli yer tutan sənətkarlardan biri Aşıq Ələsgər qeyri-adi fitri qabiliyyəti sayəsində müxtəlif səpkili, müztəlif məzmunlu sənət inciləri yaratmışdır. Qüdrətli el sənətkarının yaratdığı əsərlər aşıqlarımızın repertuarında geniş yer tutmuş, şənliklərin, məclislərin bəzəyinə çevrilmişdir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru AYB-nin üzvü, şair Əkbər Əliyev, rayon ziyalısı, AYB-nin üzvü Adil Məmmədli, 4 saylı tam orta məktəbin ədəbiyyat müəlliməsi Tahirə Əsədova, Şəhid Ailələrinə “Qayğı” cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov çıxış edərək Aşıq Ələsgər yaradıcılığı haqqında ətraflı məlumatlar veriblər. Arif Məmm\dov adına şəhər 7 illik musiqili məktəbin musiqiçiləri Aşıq Ələsgər poeziyasından incilər ifa etmiş, məktəblilər şeirlərindən parçalar söyləyiblər.

Sonda Şəhid Ailələrinə “Qayğı” cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri  Rüstəmov Eldəniz muzeyin direktoru Solmaz Həsənovanı Azərbaycan Respublikasının dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi zamanı arxa cəbhədə göstərdiyi xüsusi fəallığa və fədakarlığa görə fəxri fərmanla təltiş etmişdir.