Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Məmmədov Səxavət Fazil oğlu

Ağdaş Regional Mədəniyyət İdarəsi

Rəis

Səxavət Fazil oğlu Məmmədov 13 noyabr 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1999-cu ildə Mingəçevir Dövlət Universitetini, 2020-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1997-2000-ci illərdə Mingəçevir televiziya Şirkətində Redaktor və Baş redaktor, 2000-2003-cü illərdə ABŞ Beynəlxalq Xilasetmə Komitəsində İnformasiya və Media mütəxəssisi, 2003-2005-ci illərdə Uşaqları Qoruyun Təşkilatında Monitorinq və Sənədləşmə Koordinatoru, 2007-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi və Avropa Kamissiyasının birgə layihəsində Aran İqtisadi rayonu üzrə yerli uzunmüddətli Ekspert, 2011-2013-cü illərdə ARB Regional televiziyasında Layihələr Departamentinin direktoru, 2013-cü ildən 2021-ci ilin fevral ayınadək isə Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifələrində çalışmışdır. Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik etdiyi dövrdə teatr bir çox uğurlara imza atmışdır. Beləki, Respublika səviyyəli beynəlxalq teatr festivallarında iştirak etmiş, II Şəki Beynəlxalq Teatr festivalına Mingəçevir teatrı ev sahibliyi edən 3 şəhərdən biri olmuşdur. Onun rəhbərliyi ilə uzun fasilədən sonra yaradıcı kollektiv Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə yanaşı Respublikanın bir çox rayon və şəhərlərində, Türkiyə Respublikasında qastrol səfərlərində olmuşdur. 2016-cı ildə teatr sahəsindəki fəaliyyətinə görə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.  Yeni Azərbaycan Partiyasının 37 saylı ərazi ilk partiya təşkilatının sədridir. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Məmmədov Səxavət Fazil oğlu Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.   Ailəlidir, üç övladı var.

Telefon: (02023) 5 55 18

Faks: (02023) 5 55 18

E-poçt: aghdash.mct@gmail.com

Qəbul günləri: III gün saat 14:00-dan 17:00-dək