Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəşəriyyət soyqırımı faktlarına göz yummamalıdır.

05.04.2018

28.03.2018-ci il tarixində Zərdab Rayon Heydər Əliyev Mərkəzinin kollektivi və Zərdab Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Mərkəzi kitabxana filialının kollektivinin birgə təşkilatçılığı ilə  Zərdab rayon Həzi Aslanov adına 3 saylı tam orta məktəbində şagirdlərə 31 mart Azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında  mühazirələr oxundu.İlk öncə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova “Bəşəriyyət soyqırımı faktlarına göz yummamalıdır”, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən filial kitabxanasının kitabxanaçısı İlhamə Qəribova isə “31 mart Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzələr oxudular. Mühazirələrdə erməni daşnaqları tərəfindən Azərbaycanlıların soyqırımı haqqında şagirdlərə geniş məlumat verilərək bildirildi ki, mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixi arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, lənkəran, Hacıqabul, Səlyan, Qarabağ,Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnaq erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındır.Mühazirələrdə bildirildi ki,  1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətilə yetirilmişdir.

Şagirdlərin “31 mart Azərbaycanlıların soyqırımı günüdür” adlı erməni şovinistlərinə nifrət dolu çıxışları mühazirə iştirakçılarını bir daha riqqətə gətirdi,sanki bu nifrət gəncliyin yaddaşına əbədi həkk olunub.