Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mədəniyyət Mərkəzində 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü nünasibətilə tədbir keçirilmişdir.

18.04.2018

18 aprel 2018-ci il tarixdə Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab Rayon nümyəndəliyi üzrə Mədəniyyət Mərkəzində Həsən bəy Zərdabi abidəsi önündə “18 aprel Tarixi abidələr mühafizəsi günü “ ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə çıxış edənlər bildirmişlər ki, 1983-cü ildən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.Sonra rayon ərazisində yerləşən Tarixi abidələrə baxış keçirilmişdir.