Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon MKS-də Qara Qarayevin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

20.04.2018

19.04.2018-ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxanasında Sistemində görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Musiqidə yaşanan ömür” adlı tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Rövşən Balayeva açaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Qara Qarayevin misilsiz xidmətləri olduğunu qeyd etmişdir. Tədbirdə Göyçay rayon musiqi məktəbinin direktoru Rövşən Zamanov, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Göyçay rayon nümayəndəliyinin Həmkarlar Təşkilatının sədri Nəriman, Məlikov, R.Rza adına ev muzeyinin direktoru Solmaz Hacıyeva, 4 saylı orta məktəbin bir qrup müəllim və şagird kollektivi,rayon Mərkəzi Kitabxanasının kollektivi iştirak etmişdir.Tədbirdə İnformasiya –resurs şöbəsinin hazırladığı görkəmli bəstəkarın həyat və fəaliyyətinə həsr edilmiş video- çarx nümayiş etdirilmiş,dahi bəstəkar, alim, ictimai xadim Qara Qarayevin əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.