Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.

03.05.2018

01 may 2018-ci il tarixdə Ucar Heydər  Əliyev Mərkəzində Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Odlar Yurdu Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova  müsabiqənin məqsədini açıqladı.Sonra Ağdaş regional Mədəniyyət  idarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən danışdı.

Müsabiqədə  Ucar  şəhərində fəaliyyət göstərən orta məktəblərin şagirdləri iştirak etmişdir.Münsiflər heyəti  bütün iştirakçıların əl işlərinə diqqətlə baxmış və verilmiş vaxt çərçivəsində  mövzunu daha ətraflı işləmiş həvəskar rəssamları  müəyyən etmişdir.

Münsiflər heyətinin qərarı ilə 3№li orta məktəbin şagirdi Babaşova Leyla Ələddin qızı 1-ci yerə,2№li orta məktəbin şagirdi Şükürova Çinarə İsmixan  qızı 2-ci yerə,3№li orta məktəbin şagirdi Babayev Arif Samir oğlu 3-cü yerə layiq görüldülər.

Tədbirdə qaliblər Diplomlarla və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon Komitəsinin  sədri Mirqələm Əliyev tərəfindən hədiyyələrlə təltif edildilər.