Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay şəhər Uşaq Musiqi Məktəbində təqaüdə çıxan müəllimlərlə görüş keçirilib.

27.06.2021

MİHİ Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov və Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanovun birgə təşkilatçılığı ilə Musiqi Məktəbinin dörd nəfər müəllimi 65 yaşlarının tamam olması ilə əlaqədar təntənəli şəkildə fərdi təqaüdə yola salınmışdır.

R.Zamanov və N.Məlikov təqaüdə yoıa salınan kollektiv üzvlərinə uğurlar arzulayaraq onlara MİHİ Göyçay rayon komitəsinin fəxri fərmanı, qiymətli hədiyyələri və kollektivin şəxsi hədiyyələrini təqdim etmişlər.

Təqaüdə yola salınan Zəhra Əhmədova, Xuraman Əsədova, Qalib Dadaşov və Şamil İbrahimov onlara göstərilən diqqət və qayğıya görə kollektivə və rəhbərliyə təşəkkürlərini bildirmişdirlər