Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı Məlikkənd kənd kitabxana filialıda Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Açıq kitabxana” təşkil edilib.

07.07.2021

07 iyul 2021-ci il tarixində Göyçay rayon MKS-nin 11 saylı Məlikkənd kənd kitabxana filialıda Yay məktəbi ilə əlaqədar olaraq "Açıq kitabxana” təşkil edilib. Açıq havada təşkil olunmuş tədbirdə müxtəlif yaş qrupundan olan şagirdlər və kitabxnanın fəal oxucuları iştirak ediblər.Tədbirdə Məlikkənd kənd kitabxana filialının müdiri Afət Kazımova iştirakçıları dünyəvi, dahi şairimiz Nizami Gəncəvinin əsərlərindən ibarət olan kitab sərgisi ilə tanış edib, onlara kitab oxumağın faydalarından söhbət açıb.Tədbirin keçirilməsində əsas məqsəd oxucuların asudə vaxtının səmərəli təşkili, onların istirahətinin maraqlı keçməsi və kitaba marağın artırılmasından ibarət olub.