Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş, Göyçay və Zərdab şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri Beynəlxalq Müsabiqədə fəal iştirak ediblər.

12.07.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Göyçay və Zərdab şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri Bakı Musiqi Akademiyasının məktəb-studiyasının 40 illki yubileyinə həsr olunmuş “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” - Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində (videoyazılar əsasında) müvəffəqiyyətlə iştirak etmişlər.

Beləki, 2 şagird (Ağdaş və Zərdab uşaq musiqi və incəsənət məktəbləri) müsabiqənin diplomantı adına layiq görülmüş, 3 şagird (Ağdaş, Göyçay və Zərdab uşaq musiqi və incəsənət məktəbləri) həvəsləndirici Diplom və 2 şagird (Ağdaş şəhər uşaq musiqi məktəbi) Sertifikatla təltif olunmuşlar.

Bütün uğur qazanan şagirdlərimizi və müəllimləri təbrik edir, uğurların davamlı olmasını diləyirik.