Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Böyük yolun başlanğıcı” adlı videokonfrans keçirilib.

13.07.2021

13 iyul 2021-ci il tarixində Ağdaş rayon Mərkəzi  kitabxanasının  Oxuculara xidmət şöbəsinin təşkilatçılığı və filial kitabxanaların iştirakı ilə Zoom proqramı vasitəsilə Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyətə başlamasının 52  illiyinə həsr olunmuş “Böyük yolun başlanğıcı” adlı videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan  Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev  ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm hadisə olduğunu, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün başlanğıcı kimi dəyərləndirib. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün təməlidir. Seyfəddin Feyullayev onu da qeyd edib ki, Heydər Əliyevin 14 iyul plenumunda qaldırdığı məsələlər sovet Azərbaycanının  proqramına çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin dövrdə  statistik  göstəricilərin  ilbəil  azalması, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi ölkənin zəhmətkeş kütləsinin həyat tərzini pisləşdirmişdi. Ən geridə qalan aqrar respublikalardan biri olan  Azərbaycan  qısa müddətdə iqtisadi artım tempinə görə  ittifaq respublikaları arasında qabaqcıl ölkələrdən birinə çerildi. Ulu öndər Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında , digər şəhər və  rayonlarda tanınmış  mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına, fabrik və zavodların açılmasına, təhsil və mədəniyyətin inkişafına nail oldu. 1969-1982-ci illər respublikamızda quruculuq səlnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummili lider hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə  Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı və bu müstəqilliyin ilk dönəmlərində on il (1993-2003) ölkəyə rəhbərlik edərək onu dünya miqyasında tanıtdı.