Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab, Tovuz, Qazax və Ucar Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatşılığı ilə “Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu” mövzusunda videokonfrans keçirilib.

13.07.2021

13 iyul 2021-ci il tarixində Zərdab, Tovuz, Qazax və Ucar Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatşılığı ilə Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci il 12 iyul Tovuz döyüşlərinin ildönümü ilə bağlı “Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Zərdab, Tovuz, Qazax, Ucar, Ağdaş Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çaırış Dövlət Xidmətinin Tovuz rayon bölməsinin rəisi Ceyhun Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çaırış Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi müavini Vüsal Cərullayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Ələkbər Kərimov, eləcə də Ağdaş Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.

Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq 2020-ci ilin 12 iyul tarixində işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayon ərazisi boyunca sərhədlərini və sərhəd bölgələrinı ağır artileriya silahları ilə atəşə tutmasından və törətmiş olduğu hərbi cinayətdən danışdı. İyulun 12-dən başlayan, 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan, Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 1 il ötür. 12 iyul 2020-ci il tarixində, günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozub və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-dən çox canlı qüvvəsini, xeyli sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib- deyə Könül xanım bildirdi.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova Ali Baş Komandan, möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə uğurla həyata keçirilmiş Qisas əməliyyatı haqqında videokonfrans iştirakçılarına məlumat verdi. Humay xanım Tovuz müharibəsi Azərbaycan xalqının Xalq-Milli Ordu-Ali Baş Komandan arasındakı sarsılmaz birlik və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdiyini bildirdi.

Səfərbərlik və Hərbi Xidmətə Çaırış Dövlət Xidmətinin Tovuz rayon bölməsinin rəisi Ceyhun Əliyev Tovuz müharibəsində Azərbaycanın Milli Ordusunun düşmənə qarşı göstərdikləri şücaətdən, onların bu müharibədə, Qarabağın azad olunma tarixinə Qəhrəmanlıq səhifəsi yazdıqlarından danışdı.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev şəhidlərimizin tariximizin əbədi ölməzlik və şərəf səhifəsi olduğundan, gənclərin şəhidlərə olan borcundan, onların arzularını gənclərin yerinə yetirəcəyindən danışdı. O, çıxışını möhtərəm Prezidentimizin səsləndirmiş olduğu “Azərbaycanın hər bir gənci qəhrəman şəhidlərimizdən örnək götürməli və onlara oxşamalıdır” fikirlərini xatırladaraq, şəhidlərin bugünkü və sabahkı gənclər üçün nümunə və amal olacağını söylədi.

Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxışında bildirib ki, 44 günlük müharibədə qələbəyə ən böyük təkanı Tovuz döyüşləri verib:

"Bu gün Tovuz döyüşlərindən bir il ötür. Başda general mayor Polad Həşimov olmaqla, Tovuz döyüşlərinin bütün şəhidlərinə Allahdan rəhmət diləyirəm. Onu qeyd etmək lazımdır ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinə bir təkan verdi. Bu döyüşlərdə bütün dünyada yaşayan azərbaycanlılar dövlətimizin və ordumuzun yanında oldular.

Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova Tovuz döyüşləri Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin təzahürü, dünya azərbaycanlılarının milli birlik və həmrəylik hərəkatı ilə xatırlanır-deyə çıxışında bildirdi. Ermənistanın növbəti təxribatı nəticəsində ordumuzun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması dünyadakı soydaşlarımız arasında həmrəylik dalğası yaratdı, birliyimizi daha da möhkəmləndirdi. Hadisə baş verən gündən Azərbaycan xalqı və xaricdəki həmvətənlərimiz Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başladı.

Ağdaş rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev çıxışında bildir ki, bu hadisələrdən sonra Azərbaycan xalqı bir yumruq kimi birləşdi və sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə əks hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusu şəhidlərimizin qisasını artıqlaması ilə aldı və doğma torpaqlarımızı işğaldan azad etdi. Mən Azərbaycan Ordusunun bütün qəhrəman oğulları ilə fəxr edirəm.-deyə Kənan Nəbiyev qeyd etdi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva və digər videokonfrans içtirakçıları öz çıxışlarında - Biz bütün şəhidlərimizə borcluyuq. Hər birimiz Azərbaycan Ordusunun igidləri ilə fəxr edirik. Biz bu cür qəhrəmanlarımızı yaşatmalıyıq, onların qəhrəmanlıqlarını nəsildən-nəsilə ötürməliyik, təbliğ etməliyik.-deyə bildirdilər. Azərbaycanın bu cür qəhrəmanları əsrlərlə yaşamalı, Azərbaycan gəncliyi, gələcəyi bu qəhrəmanları tanımalıdır. Çünki onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər, Azərbaycanın gələcəyinin təhlükəsiz və firavan yaşaması üçün qanlarını töküblər .