Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 52 il ötür.

14.07.2021

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Onlar məhz taleyüklü məqamlarda irəli atılaraq mənsub olduqları xalqı arxalarınca aparır, son nəticədə qalib gəlirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlər sırasına daxildir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 52 il ötür. Xalqımız bu tarixi hadisəni geniş qeyd edir, öz böyük oğlunun misilsiz xidmətlərini bir daha minnətdarlıq duyğuları ilə anır. Çünki Azərbaycanın intibahı və milli şüurun oyanışı bu dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. 

Müstəqil Azərbaycanın tarixində isə bu il ilk dəfədir ki, bu günü ərazi bütövlüyümüz təmin edilmiş formada qeyd edirik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ulu öndər Heydər Əliyevin əsas amallarından biri idi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi.

Ulu öndər əbədiyyətə qovuşsa da, cismən aramızda olmasa da, tariximizin Heydər Əliyev erası davam etməkdədir, vaxtdan yüksəkdə dayanan Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. İllər ötəcək, dünyaya yeni nəsillər gələcək, zəmanəmizin dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsinə bir-birindən parlaq səhifələr yazılacaq.