Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında “Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri unudulmazdır” başlığı altında tədbir keçirilib.

14.07.2021

14 iyul 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxanasında  Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə  Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü ilə əlaqədar  “Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri unudulmazdır” başlığı altında tədbir keçirilmişdir.

Öncə  Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla  yad olunub.

Tədbiri Zərdab rayon MKS-in direktoru Nailə Əliyeva açaraq, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumatla çıxışında qeyd edib ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dönüşün başlanğıcıdır.Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli  irsi tükənməz ibrət mənbəyidir.Mühüm tarixi  nailiyyətlərin qazanılması Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış,müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər xalqın yaddaşında daim yaşayacaqdır.

Sonra Oxuculara xidmət şöbəsinin   əməkdaşı Xanım Abışova “Ulu öndər Heydər Əliyevin hakimiyyət illəri unudulmazdır” adlı məruzə ilə çıxış etdi.

Məruzə ətrafında Mərkəzi Kitabxananın əməkdaşları Nisə Əliyeva, Mehparə Səfərəliyeva, Sahilə Xəlilova və Namiq Atəş çıxış edərək, hər biri Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, dünya miqyasında tanınması ,  xalqın rifahı üçün gördüyü işlərdən  danışdılar.