Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Əsrimizin dühası-Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir.

16.07.2021

2021-ci il İyulun 14-də Zərdab rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş“Əsrimizin dühası-Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir.

Zədab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mərkəzin direktoru Könül Rəhimova iştirakçıları salamlayaraq tarixi günün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızın rəhbərliyinə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcı olmuş, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılmasının möhkəm əsaslarını yaratmışdır.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin fundamental əsaslarını yaratmasından danışmış, Ulu Öndərin siyasi davamçısı Prezident cənab İlham Əliyevin bu gün sosial-iqtisadi, siyasi və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsində çox uğurlu addımlar atdığını bildirmişlər.