Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxana Sistemində Milli Mətbuat günü münasibətilə tədbir keçirilib.

23.07.2021

22 iyul 2021–ci il tarixində Milli Mətbuat gününün yaranmasının 146- cı ili münasibətilə Göyçay rayon M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib. Tədbirdə Azadsöz.az saytının təsisçi və baş redaktoru Səbuhi Eltonlu, “Göyçay” qəzeti, Göyçay informasiya agentliyi saytı və “NarTv” kanalının baş redaktoru Anar Nağıyev, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident Təqaüdçüsü Aqil Kəngərli, Göyçay Bayraq Muzeyinin rəhbəri Nicat Mahmudov, şair, publisist Adil Məmmədli, əməkdar müəllim, Prezident Təqaüdçüsü Pərviz Yəhyalı, Göyçay informasiya agentliyinin baş redaktoru Gülşən Muradova iştirak ediblər. İlk öncə tədbirdə peşə fəaliyyətlərini həyata keçirərkən şəhid olan jurnalistlərimizin, 44 Günlük Vətən Müharibəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Göyçay rayon M.Ə.Sabir adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilova Mətbuat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, öz çıxışında mətbuatın yaranması və formalaşması mövzusunda geniş məlumat verib. Daha sonra tədbir iştirakçıları Milli Mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, tarix boyu üzləşdiyi çətinliklərdən geniş məlumat veriblər. Tədbirdə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb. Tədbirin sonunda mətbuat nümayəndələri üçün çay süfrəsi təşkil olunub, xatirə şəkili çəkilib.