Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Mərkəzi Kitabxanasında “Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatdır” mövzusunda tədbir keçirilib.

28.07.2021

27 iyul 2021-ci il tarixində Zərdab rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Mərkəzi kitabxananın, şəhər kitabxana filiallarının  və Heydər Əliyev Mərkəzinin  əməkdaşları iştirak etmişlər.

Tədbiri Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva açaraq bildirdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir. Narkomaniya ilə mübarizə sahəsində respublikanın hər yerində olduğu kimi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də mütəmadi olaraq maarifləndirici  tədbirlər həyata keçirilir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

 Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin əməkdaşı Xanım Abışova               “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”adlı məruzəsində   bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, narkomaniyaya qarşı mübarizə  öndə saxlanıldı. Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalanmış və problrmin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. “Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Qanunsuz Dövriyyəsinə və Narkomanlığa Qarşı Mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin  Sərəncamı bilavasitə “Ağ ölüm”ə qarşı mübarizənin sübutudur.

 Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkiıatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına  stimul verir.

 Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin bir hissəsi bütövlükdə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin. Həmçinin də mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Biz kitabxanaçılar da narkotiklə mübarizə məqsədilə kitab sərgiləri. Sual-cavab gecələri və s. bu kimi tədbirlərlə təbliğatımızı davam etdirməliyik

Müzakirə olunan mövzu ətrafında H.Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, Uşaq şöbəsinin müdiri İlahə Əsədova, Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva və İnformasiya –Resurs şöbəsinin müdiri Rəqibə Qasımova çıxış edərək  qeyd etdilər ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.

Narkomaniya Azərbaycan gəncləri üçün də böyük təhlükədir. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Çıxış edənlər  yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.