Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ana dilimizə Heydər Əliyev qayğısı” mövzusunda videokonfrans keçirilib.

30.07.2021

30.07.2021-ci il tariuxdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Ana dilimizə Heydər Əliyev qayğısı” mövzusunda  videokonfrans  keçirilib. 

 Videokonfransda Bakı Dövlət Universitetinin doktorantı, “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın müəllifi –(“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”) Ayşən Sadıqlı, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Hacıqabul, Oğuz, Naftalan, Samux, Ağdaş) direktor və əməkdaşları, Zərdab rayon 1 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Səliqə İsmayılova, DQİDK Ucar bölgəsi üzrə söbəsinin  əməkdaşı Rauf Nəsirov iştirak edib. 

Videokonfransı  açıq elan edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  qonaqları salamlayaraq  bu günün əhəmiyyətindən, ümummilli ­liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışıb, dilin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olduğunu qeyd etdi. 

Çıxış üçün söz verilən Ayşən Sadıqlı  millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu vurğuladı. Natiq dilin dövlət dili statusuna yüksəlməsinin  millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin əsas sübutu olduğunu dedi. 

Ayşən xanım  Respublikada dil siyasətinin formalaşdırılmasının, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsinin və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

Videokonfransda çıxış  edən Zərdab rayon 1 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Səliqə İsmayılova  milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını, ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirdi. 

DQİDK Ucar bölgəsi üzrə söbəsinin  əməkdaşı Rauf Nəsirov Ümummilli Lider siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dil siyasətinin uğurla həyata keçirildiyini qeyd etdi.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva çıxışında, görkəmli dövlət xadimi Heydər Əliyevin  Azərbaycan dilini xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmzlərindən biri kimi hər zaman yüksək dəyərləndirdiyini  qeyd etdi.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova  çıxışında  hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir-deyə qeyd etdi.  Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Videokonfransı Könül xanım  Ümummili lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.        Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” fikri ilə yekunlaşdırdı.