Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Dili və Əlifbası Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

02.08.2021

30.07.2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Dili və Əlifbası Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Açılışı ilk olaraq Mərkəzin direktoru Samirə Vəliyeva edərək  bildirib ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. O, həmçinin qeyd edib ki, Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. 

Daha sonra çıxış üçün söz elmlər namizədi, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyevə verilib. O, bildirib ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, millətin taleyidir.

İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır.

Sonda Azərbaycan Dili və Əlifbası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.