Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzi Kitabxanasının qarşısında ”Açıq Kitabxana ” keçirilib.

24.08.2021

Tədbirdə əsas məqsəd müxtəlif mövzularda sərgilər nümayiş etdirmək və kitabxanaya gəlmiş yeni kitablar haqqında oxuculara məlumat vermək olub.Tədbirə qoşulan müxtəlif yaş qruplu oxucular yeni gəlmiş kitablarla tanış olmuş və bu kitablardan istifadə etmək üçün kitabxanaya üzv olaraq həmin kitabları mütaliyə etməyə nail olmuşlar. Açıq kitabxanada "Uşaqların nağıl dünyası", “Dövrü nəşrlər", "Yeni Kitablar", "Həmyerli Yazarlarımız", "Ulu Öndərin Layiqli davamçısı" və sairə başlıqlı sərgilər nümayiş etdirilib.