Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı rayon YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ”Füzuli bizimdir, Cəbrayıl bizimdir” adlı onlayn tədbir keçirilib.

24.08.2021

23.08.2021-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı rayon YAP Gənclər Birliyinin  birgə təşkilatçılığı ilə "Füzuli bizimdir, Cəbrayıl bizimdir" adlı onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə  Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nuranə Əzizli açaraq bildirib ki, müasir Azərbaycan tarixinin ən keşməkeşli dövrü torpaqlarımızın 20 faizinin erməni işğalına və vandalizminə məruz qaldığı illərdir. Artıq torpaqlarımız düşmən işğalından azad olunub. Biz bundan sonra rayonlarımızın, ərazilərimizin işğal gününü deyil, əsarətdən azad olunduğu tarixləri qeyd edəcəyik.

Sonra çıxış üçün söz Şamaxı rayon YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədovaya verilib. O, qeyd edib ki, şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.

Bura Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi daxildir deyə o bildirib.

Daha sonra Şamaxı Avropa liseyinin tarix müəlliməsi Aynur Quliyeva həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi haqqında geniş məlumat verərək bildirib ki, müharibənin yekunu olaraq noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

Son olaraq "Gənclərin töhfəsi" İctimai Birliyində Könüllülər Departamentinin sədri Şahin Əliyev çıxış edərək söyləyib ki, silahlı qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoyuldu.Bu haqq işində bütün qəlbimizlə cənab Ali Baş Komandanın xalqımızın və ordumuzun yanında olduq və hər zaman da olmalıyıq deyə o, çıxışının sonunda vurğulayıb.