Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında “Sözün sehri” adlı regional televiziya müsabiqəsi keçirilir.

25.08.2021

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan istedadlı qiraətçilərin aşkar olunması və onların bölgələrdə tanıdılması məqsədilə “Sözün sehri” adlı regional televiziya müsabiqəsi keçirilir.

Müsabiqədə iştirak etmək istəyən 14 və daha yüksək yaş kateqoriyasına aid olan bədii qiraət həvəskarları Ağdaş Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.

 

 

Ünvan:  Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 72

Facebook: https://www.facebook.com/agdashregionalmedeniyyetidaresi

E-mail: aghdash.mct@gmail.com

Telefon: 020 23 5 56 19 ; 050 323 90 47