Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehriban Əliyevanın fəaliyyəti-hamı üçün rəmzə çevrilən gerçək və layiqli fəaliyyət nümunəsidir

27.08.2021

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu münasibətlə 26.08.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Mehriban Əliyevanın fəaliyyəti-hamı üçün rəmzə çevrilən gerçək və layiqli fəaliyyət nümunəsidir” mövzusunda onlayn tədbir keçirilib.

Onlayn tədbirdə Şabran, Oğuz, Sabirabad, Samux, Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak edib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova onlayn tədbir iştirakçılarını salamlayaraq Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, Respublikanın Ibirinci vitse-prezidentinin xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd edib.

Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında  Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini qeyd edib. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq qeyri-mümkündü. Mehriban xanım ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir, Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrə elmi-nəzəri fundamental yanaşması ilə seçilir. Odur ki, Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini nəzərə alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi-deyə Nuranə xanım çıxışında vurğulayıb.

Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsinin onun üçün tükənməz güc mənbəyi olduğunu çıxışında onlayn tədbir iştirakçılarının diqqətinə çatdırıb. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona da, ailəsinə də ömürlük bəs edəcək qədər ürəkdən gələn alqışı və duasıdır.

Mehriban xanımı təbrik edir, cansağlığı, xoşbəxtlik, məsul və nəcib fəaliyyətində uğurlar arzu edirik!