Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaşda “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin ilk seçim turu baş tutub.

27.08.2021

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər davam edir. 27 avqust 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsi və ARB telekanalının birgə təşkilatçılığı ilə keçirilən “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin ilk seçim mərhələsi baş tutub.

Müsabiqədə ilk öncə Göyçay və Ağdaş rayonlarını təmsil edən 14 və daha yuxarı yaş kateqoriyasında olan 20 nəfər bədii qiraət həvəskarı iştirak edib.

Tanınmış Pedaqoq Bəylər Bəylərov, Filologiya üzrə Fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən seçim turunda 6 nəfər 7 həftə davam edəcək televiziya müsabiqəsində iştirak etmək hüququ qazanıblar.