Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının “Murad ömrü” kitabın təqdimatı keçirilib.

27.08.2021

     Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş rayon Mərkəzi kitabxana işçilərinin iştirak etdiyi “Vətən çağırır” qəzetinin baş redaktoru Gülsüm Adilqızının 2016-cı il aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş “Murad ömrü” kitabın təqdimatı keçirilib.

  Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq 2016-cı il aprel döyüşlərinin Vətən müharibəsində ümumi qələbəmizin başlanğıcı olduğunu qeyd etdi. Bu döyüşlərin qəhrəmanlarından biri olan Murad Mirzəyevə həsr olunmuş bu kitabın zamanında ərsəyə gəlmiş bir nəsr olduğunu vurğulayıb.

   Sonra Gülsüm Adilqızı kitabın nəşri ilə əlaqədar böyük fəaliyyətindən danışıb. O, kitabda Muradın  ömür yolunun axıradək işıqlandırıldığını qeyd edib.

   Tədbirdə Şair Mürvət Qədimoğlu şəhidlərə, torpağa, məhəbbətə həsr etdiyi şeirlərini səsləndirib.

   Sonda Murad Mirzəyevin qardaşı Süleyman Mirzəyev öz xatirələrindən danışıb.