Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi gününə həsr olunmuş tədbir keçirilib.

27.08.2021

27.08.2021- ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi gününə həsr olunmuş " Muğam Milli Mənəviyyatımızın Sərvətidir" adlı ədəbi-bədii tədbir keçirilib.Tədbir ll Qarabağ şəhidlərinin ruhlarına hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.Tədbirdə Arif Məmmədov adına Göyçay rayon Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanov, həmin məktəbin tar müəllimi Məzahir Abbasov, rayon Mədəniyyət Mərkəzinin rejissoru Mətləb Şirinov, Rəsul Rza ev Muzeyinin direktoru Solmaz Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Samirə Vəliyeva, Bakı Musiqi Akademiyasının tələbəsi Əvəz Əmirli iştirak ediblər. Tədbiri kitabxananın direktoru Nərmin Xəlilova açaraq qonaqları salamlayıb və sonra  Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü  ilə əlaqədar Informasiya-resurs şöbəsinin müdiri Elmira Kərimova hazırladığı video-çarx nümayiş etdirilib. Sonra kitabxananın əməkdaşı Sevinc Qafura Muğamın yaranma tarixindən, dünənində və bu günündən qonaqlara məlumat verib. Rövşən Zamanov və Məzahir Abbasovun müşaiyəti ilə Mətləb Şirinov ,"Rast" Muğamından parçalar, Əmirli Əvəz "Çahargah " Muğamını ifa ediblər. Sonda üçlüyün ifasında "Qarabağ şikəstəsi" ilə tədbirə yekun vurulub.