Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mırtı kənd kitabxana filialının təşkilatçılığı ilə “Açıq kitabxana” sərgisi keçirilib.

10.09.2021

08 sentyabr 2021 –ci il tarixdə Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı Mırtı kənd kitabxana  filialının təşkilatçılığı ilə Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021- ci ili “Nizami Gəncəvi ili ” elan edilməsi haqqında  Sərəncama uyğun olaraq "Açıq kitabxana” sərgisi keçirilib. Böyük maraqla qarşılanan tədbirdə “Tarixin Azərbaycanlı Dahisi",  "Azərbaycan tarixi", "Uşaq ədəbiyyatı", "Yeni kitablar", “2021- ci ili Nizami Gəncəvi ili”, "Şəhidlər ölməz, vətən bölünməz"adlı sərgilərdə  tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olunub. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb. 9 saylı kitabxana filialın müdiri Həqiqət Muradova və kitabxananın işçisi Sədaqət Məmmədova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinə və oxucu sayının artmasına  belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Tədbir zamanı kitabxanaya yeni oxucular üzv yazılıb.